Hacıqabul rayonunda ot presləyən qurğuya düşənSabirabad sakini xəstəxanada ölüb.
BAKU.NEWS-un APA-ya istinadən məlumatına görə, ötən gün Hacıqabul rayonunun Kolanı kəndində Sabirabad sakini, 1980-ci il təvəllüdlü İmanov Ramil Rasim oğlunun qolları və bədəninin bir hissəsi ehtiyatsızlıqdan işlək vəziyyətdə olan ot presləyən qurğuya düşüb.
Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün səhər saatlarında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.


