Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
BAKU.NEWS Report-a istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, Muğah körpüsünün yaxınlığında qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil digər minik maşını ilə toqquşub. Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib. Qəza zamanı habelə daha 3 nəfər – Tovuz sakinləri: 1953-cü il təvəllüdlü Hüseynov Vaqif Yəhya oğlu, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı və 1995-ci il təvəllüdlü Hüseynov Elşən Fazil oğlu isə xəsarət alıblar. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


