Gürcüstanın Zuqdidi şəhərində qumbara və avtomat silahlanaraq “Bank of Georgia”da 20 nəfəri girov götürən şəxs təslim olub.
BAKU.NEWS xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs hüquq-mühafizə orqanı əməkdaşları ilə dialoqdan sonra girovları sərbəst buraxıb. özü isə polisə təslim olub.
Qeyd edək ki, bank işçiləri və müştərilər 7 saat girov saxlanılıblar.


