Gəncə şəhərində sahibsiz itlərin güllələnməsi ilə bağlı məsələ nəzarətə götürülüb.
BAKU.NEWS bildirir ki, bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O bildirib ki, faktla bağlı araşdırmalar başlanılıb.
“Məsələ nəzarətə götürülüb, araşdırma aparılır, tezliklə araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”, – deyə E.Qasımov qeyd edib.
Qeyd edək ki, sosial şəbəkələrdə itlərin kütləvi şəkildə öldürüldüyünü əks etdirən görüntülər yayılıb. Bildirilir ki, Gəncədə itlər güllələndikdən sonra çöllük əraziyə aparılaraq basdırılıb. Onlardan bəziləri yarımcan və yaralı halda olub.


