Gənc bəstəkar Aydan Əliyevanın doğum günüdür.
Bu münasibətlə onun mahnılarının ifaçıları, sənətkarlar, xalq artistləri , məşhurlar və digər gənc tanınmış müğənnilər bəstəkarı təbrik ediblər .
Brilyant Dadaşova, Gülyaz Məmmədova,Gülyanaq Məmmədova, Elza Seyidcahan,Lalə Məmmədova,aparıcı Camilya Tağızadə, Leyla Ramazanlı ,Narmin Ahmet ,Rövşən Əziz , Elvin Hümbətov, Bəyimxanım Vəliyeva və həmkarları bəstəkar İlahə Qismət ,Vəfa Bağırzadə və s.sənətçilər Aydana öz təbriklərini video vasitəsilə ünvanlayıblar. Aydan təbrik videolarını öz sosial hesabında yerləşdirib.
Qeyd edək ki Aydan Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı, bir neçə məşhur mahnıların “Gəl”, “Gözəl Azərbaycan”, “Tutulmuşam”, “Dünya”, “Mahnılar və sən”, “Mənə bax” və s mahnı və 2 Simfonik əsərin- “Qarabağ” və “Allahım” simfonik poemalarının müəllifidir.
Biz də sayt adından gənc bəstəkara can sağlığı, uzun ömür və bol-bol yaradıcılıq uğurları arzulayırıq!


