Fransada bir çox qeyri-hökumət təşkilatının nümayəndəsi və “ayrı-seçkilik” qanun layihəsinin qurbanları və insan haqları müdafiəçiləri ölkədəki islamofobiyaya etiraz etmək məqsədi ilə aksiya keçiriblər.
BAKU.NEWS xəbər verir ki, paytaxt Parisdəki “Trocadero” meydanı yaxınlığında toplanan etirazçılar “ayrı-seçkilik” qanun layihəsinə qarşı Koordinasiyanın rəhbərliyi altında müsəlmanları hədəf alan və parlamentdə müzakirə edilən “Respublika dəyərlərinə hörməti gücləndirmə prinsipləri” qanun layihəsinə etiraz edblər. Müsəlmanların ayrı-seçkiliyə məruz qaldığı bildirilib.
Aksiyada iştirak edən Hanane Loukili, Fransadakı İslamofobiya qurbanlarından biri olduğunu bildirib.
Məktəbinin təhlükəsizlik şərtlərinə cavab verə bilməyəcəyi səbəbi ilə 18 Noyabr 2020-ci ildə bağlandığını bildirən Loukili əlavə edib ki, 9 dekabr tarixində Paris Polis və Prokurorluğunun verdiyi ortaq açıqlamada “İslamçılıq” və İcmaçı Separatist (CLIR) platforma qrupları tərəfindən yoxlandıqlarını və “separatçı” kimi müəyyənləşdirildiklərini öyrəniblər. O, gələn yoxlama qruplarının CLIR daxilində olduğu barədə tərəflərə məlumat verilmədiyinə diqqət çəkərək deyib: “İki dəfə yoxlamağa gəldilər, öyrəndik ki, yoxlamalar nəticəsində bizə separatizm damğası vuruldu. Ancaq problem ondadır ki, bu səbəblə yoxlanıldığımızı bilmirdik, ikincisi, bizi hansı dəlillərlə günahlandırdılar?”
Loukili məktəb rəhbərliyi ilə olaraq məhkəməyə apellyasiya şikayəti verdiklərini və yaxın zamanlarda yoxlamalarla əlaqədar bir məhkəmə olacağını deyib və təhlükəsizlik səbəbiylə bağlanma qərarının yalnız özlərini deyil, digər qurumları da əhatə etməsinin lazım olduğunu vurğulayıb: “Bu qanun layihəsi ayrı-seçkiliyi qanuni bir zəminə gətirmək istəyir. Prezident Emmanuel Macron bir tərəfdən ayrı-seçkiliyə qarşı platforma qurduğunu, digər tərəfdən ayrı-seçkiliyə səbəb olacağını söyləyən qanun layihəsində israr edəcək. Ancaq hökumət tərəfindən ayrı-seçkiliyimiz olduğuna görə kimə şikayət edəcəyik?”
Bağlanan məktəbinin Keltouma adlı bir şagirdi məktəblərinin hər kəsi qucaqlayan təşkilat kimi tanınmasına baxmayaraq, bağlamaq qərarının şagirdləri kədərləndirdiyini söyləyib.
Təhsil hüquqlarından məhrum olduqlarını qeyd edən Keltouma şagirdlərin yenidən başqa bir məktəb tapmaqda böyük çətinlik çəkdiklərini deyib.
EuroPalestine dərnəyinin prezidenti Olivia Zemor qanun layihəsinin çox təhlükəli vəziyyətlər üçün zəmin yaratdığını və geniş ictimaiyyəti nəzarətdə saxlama potensialına sahib olduğunu bildirib.
O.Zemor vurğulayıb ki, Fransa misilsiz sosial və iqtisadi böhran zamanı ilk növbədə müsəlmanları günah keçisi olaraq seçib.
Qanun layihəsinin qurbanlarından olduğunu bildirən universitet tələbəsi Hadcar qeyd edib ki, hicablı olduğum üçün bir gün evini tərk edə bilməyəcəyindən qorxur: “Həyatım kiçik yaşlarımdan bəri zülmkar qərarlarla formalaşır. Məsələn, təhsil və karyera seçimlərində hicablı insan olaraq müəyyən sahələr xaricində seçim edə bilmirəm”.


