Ölkəmizdəki sürət həvəskarlarını maraqlandıran mühüm məsələlərdən birinə – “Formula-1” üzrə dünya çempionatının hansı kanalla yayımlanmasına aydınlıq gətirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, çempionat Mayami Qran-prisindən (1-3 may) etibarən İdman TV tərəfindən yayımlanacaq.
Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları ardıcıl 16-cı mövsüm ölkənin ilk idman kanalında ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.
Xatırladaq ki, builki mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


