“Sizin Lombard” brendi ilə fəaliyyət göstərən “GL” ASC istiqraz buraxılışı yolu ilə 1 milyon manat vəsait cəlb etməyi planlaşdırır.
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə şirkətin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə icazə” verilib.
Buraxılış çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd istiqraz yerləşdiriləcək. İstiqrazlar faizli, təminatsız, sənədsiz və adlı qiymətli kağızlardır.
Şirkət istiqraz sahiblərinə illik 15% gəlirlilik təklif edir. Faiz ödənişləri hər 30 gündən bir həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 7 ildir.
Beləliklə, bütün istiqrazların yerləşdirilməsi halında “Sizin Lombard” investorlar hesabına 1 milyon manat borc cəlb edəcək. İllik 15%-lik faiz dərəcəsi nəzərə alındıqda, əsas borcdan əlavə illik faiz ödənişi 150 min manat təşkil edəcək.
İstiqrazların yerləşdirilməsi üzrə hərrac avqustun 21-də Bakı Fond Birjasında keçiriləcək. Hərrac kütləvi, birqiymətli üsulla təşkil olunacaq. Buraxılışın anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, “GL” ASC 2016-cı ildən “Sizin Lombard” brendi ilə fəaliyyət göstərir. Şirkətin səhmlərinin 100%-i Fərman Eldar oğlu Quliyevə məxsusdur. Fərman Quliyev, həmçinin “Para” ASC bank olmayan kredit təşkilatının səhmdarlarından biridir. (plat.az)
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


