Dostluq və qardaşlıq bayramı olan Ramazan bayramı münasibətilə “Əsgərə Xatirə kitabı” layihəsi bu dəfə Ağcakənd qəsəbəsində yerləşən Xocalı sakinləri ilə o cümlədən şəhid və qazi ailələri ilə görüşüb.
BAKU.NEWS xəbər verir ki, görüşə ev sahibliyi edən Xocalı rayon İcra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva qonaqları salamladı və Xocalı sakinlərini mütəmadi ziyarət etdiklərinə görə fəxri qonaqlara,”Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyevaya və layihənin bütün fəxri üzvlərinə rəhbərlik tərəfindən və öz adından minnətdarlığını bildirdi.
Görüşdə 100-ə yaxın Xocalı sakinini ziyarət edən Nuranə Şıxəliyeva və İradə Əlili dövlət başçısının bu yöndə yürütdüyü siyasəti dəstəklədiklərini,qələbəmizin əzəli və əbədi olmasını arzu etdiklərini və Xocalı sakinlərinin daim diqqət mərkəzlərində olduqlarını qeyd ediblər.
Güc birlikdə,sevgi həmrəylikdədir!
Qələbəmiz əzəli və əbədi olsun!
























