“Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində ölkəmizdə müxtəlif tədbirlər keçirilməkdə davam edir.
Bu barədə BAKU.NEWS-a məlumat verən layihənin rəhbəri, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse-prezidenti Nuranə Şıxəliyeva bildirib ki, belə tədbirlərdən biri Tovuz rayonunun Əsrik Cırdaxan kəndində baş tutub.
“XTQ polkovniki, Azərbaycan bayrağı ordeni və medalları ilə təltif edilmiş canlı qəhrəman qazi qardaşımız Yaşar Bağırovla Tovuz rayonunun Əsrik Cırdaxan kəndində Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi Şəhidi Şəkərov Xəyal İman oğlunun qardaşı Tural bəyin toy məclisində iştirak etdik. Xeyirxah vətənpərvərlik təşəbbüsü bəylə-gəlini, eləcə də bütün mərasim iştirakçılarını sevindirib. Şəhid ailəsi nəinki dövlətin, ümumiyyətlə, bütün cəmiyyətin diqqət mərkəzindədir”, deyə N.Şıxəliyeva bildirib.
Toy mərasimində çıxış edənlər dövlətimizin başçısı, müzəffər ali baş komandan İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyindən, bütün xalqımızdan diqqət və qayğı gördüklərini minnətdarlıqla vurğulayıblar.














