Ermənistanın məğlub ordusunda əsgər ölümləri bitmək bilmir.
BAKU.NEWS xəbər verir ki, ölkə KİV-də yayılan məlumatlara əsasən, aprelin 20-də hərbi hissələrdən birində ipdən asılı vəziyyətdə əsgər meyiti tapılıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti səhər saat 11:00 radələrində aşkar edilmiş cəsədin Narek Sevakoviç Xaçatryana aid olduğu bildirib.
Onun bir il öncə hərbi xidmətə çağırıldığı qeyd olunub.


