Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Tərtərin yaşayış məntəqələrini atəşə tutmağa davam edir.
BAKU.NEWS-un “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, düşmənin hədəf aldığı məntəqələrdən biri şəhərin 1 saylı tam orta məktəbi olub.
Ermənilərin gecə saatlarında atdığı mərmi təhsil ocağında dağıntılara səbəb olub.


