Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi hədəfə alır.
BAKU.NEWS-un məlumatına görə, günorta saatlarında düşmən mərmilərindən biri Ağdamın Baharlı qəsəbəsində yerləşən körpələr evinə düşüb.
Nəticədə binada dağıntılar əmələ gəlib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.


