Humanitar atəşkəs rejimini kobud şəkildə pozan işğalçı Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir.
BAKU.NEWS xəbər verir ki, “Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, düşmən daha bir qəbiristanlığa mərmi atıb.
Belə ki, ermənilərin atdığı mərmi Ağdamın Əhmədağalı kənd qəbiristanlığına düşüb. Nəticədə bir neçə məzar dağılıb.
Qeyd edək ki, bundan öncə Tərtərdə iki qəbiristanlıq atəşə tutulub. Ötən gün oxşar təxribat nəticəsində 4 mülki vətəndaşımız həlak olub, 4-ü isə yaralanıb.


