Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı koronavirus peyvəndi etdirdiyini açıqlayıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə o, öz tvitter hesabında məlumat verib.
“Səhiyyə nazirimiz Fəxrəddin Qocanın dəvəti ilə “COVID-19” vaksini vurdurdum. Bu epidemiyanın çox yaxın zamanda qurtaracağına ümid edirəm və bütün insanlarımızı peyvəndlənməyə dəvət edirəm”, – deyə Baxçalı bildirib.
Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi tətbiq edilib.


