Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla hesablaşmaqdan başqa Ermənistan hakimiyyətinin ayrı yolu yoxdur.
Üç il öncə bütün dünya ictimaiyyəti Azərbaycanı 30 illik işğaldan əziyyət çəkimiş, eləcə də haqqını, ədaləti öz birliyinin gücü ilə bərpa etmiş bir ölkə kimi tanıdı. Baxmayaraq ki, bu illər ərzində bir milyondan çox soydaşımız öz isti ocaqlarından didərgin düşdü. Ancaq biz mənfur, qonşularımızdan öz qisasımızı döyüş meydanında üç mindən çox igid oğullarımızın canı qanı bahasına aldıq. Bu sözləri Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyev 22 iyul tarixində Şuşada “Euronews ” televiziya kanalına verdiyi müsahibəsində söyləmişdir.
Cənab Prezident müharibənin yekunu olaraq 2020-ci il noyabrın 10-da imzalanmış sənədin Bəyanat olduğunu, onun sülh razılaşması olmadığını bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırmışdır. Bəli, əslində, imzalanmış həmin sənədin Ermənistanın kapitulyasiya aktı olduğunu hər kəs gözəl bilir. Bu gün Azərbaycan Ermənistanla münaqişənin tamamilə yekunlaşması məqsədilə müəyyən təşəbbüslərlə çıxış edir. Bu mənada Ölkəmiz sülh sazişinin prinsiplərini müəyyən edib. Həmin prinsiplər ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn qəbul etdiyi prinsipləridir. Cənab Prezident İlham Əliyev müsahibəsində Ermənistan hökumətinin iki seçimi olduğunu qeyd etmişdir. Belə ki, Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Bunu Ölkə başçısının Ermənistan hakimiyyətinə, separatçılara və onların havadarlarına açıq və konkret xəbərdarlıq kimi qəbul etmək lazımdır. Hesab etmək olar ki, hərtərəfli məğlub olan Ermənistanın Azərbaycan liderinin verdiyi bu seçimlərdən başqa şansı yoxdur.
Çünki, bölgənin ən güclü ölkəsi, lider dövləti olan Azərbaycanla hesablaşmaqdan başqa Ermənistan hakimiyyətinin alternativ yolu yoxdur. Artıq seçim qarşı tərəfindir. Əgər Ermənistan kanstruktiv mövqe nümayiş etdirsə, hərçənd ki, onların başqa yolu yoxdur, o zaman sülh danışıqları, razılaşmalar qısa zamanda yekunlaşar və bölgədə daimi sülh təmin olunar. Düşmən bütün manipulyasiyalara rəğmən yaxşı anlayır ki, onların başqa seçimləri yoxdur və bu gedişat yaxşı heçnə vəd etmir. Bu vəziyyət gələcəkdə pis nəticələr verə bilər, ən pis sonluq isə yenidən Azərbaycan Ordusu ilə üz-üzə gəlməkdir ki, bu da Ermənistan üçün öldürücü olacaqdır.
Cənab Prezident qeyd etmişdir ki, əgər Ermənisan sülh istəyərsə, biz ona ən qısa zamanda nail ola bilərik. Ölkə başçısı müsahibəsi zamanı bir daha bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız olmadığını xüsusi qeyd etmiş, Ermənistanı da mu cür münasibət sərgiləməyə çağırmışdır.
Cənab Prezident Qarabağda yaşayan ermənilərə səslənərək onların Ölkəmizdə yaşayan digər milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına şərait yaradılacağını, bunun qəbul olunmayacağı təqdirdə isə Azərbaycanı tərk edəcəkləri kimi ikinci seçimlərinin də olduğunu bəyan etmişdir.
Rəna İmanzadə;
Neftçala rayon gənci, Şəhid bacısı


