Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları nəticəsində sarsıdıcı zərbələrə məruz qalan Ermənistan itkilərini açıqlamağa davam edir.
BAKU.NEWS xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin yaydığı məlumata görə, indiyədək döyüşlərdə məhv edilən 651 erməni hərbçisinin adı müəyyənləşib. Digər itkilər barədə isə hər hansı məlumat yoxdur.
Düşmən tərəfin etiraf etdiyi kimi Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur.
Məlumat üçün bildirək ki, oktyabrın 10-dan etibarən humanitar atəşkəs elan olunub. Buna baxmayaraq, düşmən ordusu atəşkəsi pozmaqda davam edir.


