Meksikanın Tlaskala ştatında 240 dülgərin iştirakı ilə 80 ton ağırlığında rəngarəng taxta kəpəyindən hazırlanan 3932 metr uzunluğunda xalça “Ginnesin rekordlar kitabı”na düşüb.
BAKU.NEWS xəbər verir ki, sənətkarlar səhər saatlarında “Heç kimin yatmadığı gecə” kimi tanınan “Virxen de la Klaridad” şənlikləri ərəfəsində Huamantla küçələrini tabloya çevrirərək öz ideyalarını 19 rəngdə gerçəkləşdiriblər.


