Dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliyi baş verib. Bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsidir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, 2020-ci ildən etibarən Prezidentin təşəbbüsü ilə dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir. “Holdinq idarəetmə modelinə keçid – Azərbaycan İnvestisiya Holdinqinin və AZCON-un yaradılması, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional addımlar nəticəsində dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilməkdədir”, – deyə M.Cabbarov bildirib.
TREND
- Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək – Prezident təsdiqlədi
- Prokuror general qızı haqda qərardan protest verdi
- Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir
- Bu ölkədə “Telegram” qadağan edildi
- Qədəşovun kürəkəninə 11 il həbs – “Atlant” müsadirə edildi
- Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib
- Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb
- Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir


