Elxan Elman oğlu Mütəllimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin Satınalmalar və təminat departamentinin müdiri təyin edilib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bu barədə əmr imzalayıb.
Elxan Mütəllimov Azərbaycan Memarlıq və İnşaat Universitetində “Menecment” ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində “Maliyyə bazarları” ixtisası üzrə magistr təhsili alıb.
Əmək fəaliyyətinə 2015-ci ildə bank sektorunda başlayan E.Mütəllimov 2018-2022-ci illərdə özəl sektorda, 2022–2023-cü illərdə DOST Agentliyində, 2023–2026-cı illərdə isə Sosial Xidmətlər Agentliyində çalışıb.
TREND
- “Abu Hava Green Tone” restoranında baş verən dava ilə bağlı YENİ DETALLAR
- Bakıda deputatın oğlu adam ÖLDÜRDÜ – DƏHŞƏTLİ VİDEO
- Xəzərdə kütləvi balıq tələfatı baş verib
- Süni intellekt həkimləri üstələdi
- Evləri talayan şəxs tutuldu
- Bakıda kafedə kütləvi dava – Bir nəfər öldürüldü
- Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
- Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib


