Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri, 1955-ci il təvəllüdlü Alim Süleymanov bu gün xəstəxanada dünyasını dəyişib.
Bu barədə BAKU.NEWS-a komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva məlumat verib.
Onun sözlərinə görə, A. Süleymanov bir müddət idi ki, koronavirusa yoluxmuşdu: “Buna görə də xəstəxanada müalicə alırdı. Bu gün isə orada vəfat edib”.
Y. Əliyeva, həmçinin qeyd edib ki, mərhum Aparat rəhbəri hər iki doza peyvənd qəbul etmişdi.


