Daxili İşlər Nazirliyi Bakıda bir qrup feministin aksiya keçirməyə cəhd etməsi ilə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat xidmətindən BAKU.NEWS-a bildirilib ki, aksiya zamanı saxlanılan olmayıb:
“Qabaqcadan edilmiş xəbərdarlığa baxmayaraq, aksiya keçirməyə cəhd edən şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilib”.


