24 oktyabr 2021-ci ildə dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
BAKU.NEWS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahanda iştirak etmək üçün qeydiyyat 20 sentyabr saat 16:00-dan 14 oktyabr saat 14:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.


