Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə 27 sentyabr “Dəmir Yumruq” əməliyyatının başlanması gününə həsr edilmiş tədbir keçirildi.
BAKU.NEWS bildirir ki, tədbirin gündəliyində iki məsələ müzakirə edildi.
1-ci məsələ : “Dəmir Yumruq” əməliyyatının uğurları və beynəlxalq əhəmiyyəti
2-ci məsələ isə 23- 27 dekabr 2021 ci il tarixində keçiriləcək Prezident kubokunun imzalanma mərasimi oldu.
ADFA Prezidenti Azər Həsənsoy və Baş katibi Vasif Namazov 44 günlük Vətən müharibəsinin nəticələrindən danışaraq və şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdi. Sonda Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının üzvü olan Federasiyalar və təşkilatlar tərəfindən Prezident kuboku uğrunda beynəlxalq döyüş növləri festivalının əsasnaməsinin imzalanma mərasimi keçirildi.
Prezident kuboku uğrunda beynəlxalq döyüş növləri festivalının əsasnaməsini imzalayan Federasiya, təşkilatlar və səlahiyyətli nümayəndələr:
Azərbaycan Uşu Federasiyası : Elçin Eminov
Azərbaycan MuayTay Federasiyası: Fəxri Əliyev
Azərbaycan Ciu-Citsu Federasiyası: Mirəli Seyidov
Azərbaycan Alpaqut Federasiyası: Nuranə Şıxəliyeva
Azərbaycan Real Aykido İdman klubu: Fariz Abdullayev
Taekvon-do İTF “Tornado” idman klubu: Barat Orucov
Kyokuşin Dünya Birliyi – KWU Azərbaycan Təşkilatı : Qələndər Aslanov
Azərbaycan Peşəkar “S1” liqası: Zaur Əsgərov
Azərbaycan Free Fighting Perşəkar döyüş təşkilatı: Sahib Yunusov
Gənc Vətənpərvərlər İctimai birliyi: Muğan Əliyev
Azərbaycan ValeTudo idman klubu : Samir Hüseynov








































