Kamerunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
BAKU.NEWS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı “Avenir du Noun” nəqliyyat şirkətinə məxsus avtobusda 70 sərnişin olub.
Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Ölü sayının artacağı istisna edilmir.


