keçirilib4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində “Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti” mövzusunda panel müzakirə keçirilib.
“AnewZ” beynəlxalq televiziya kanalının baş redaktorunun müavini Orxan Amaşovun moderatorluğu ilə baş tutan panel müzakirədə Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhan qeyd edib ki, münaqişə və böhranlardan sonra şəhərlərin bərpası yalnız infrastruktur layihələrinin icrası ilə məhdudlaşmır, şəhərsalma siyasəti və memarlıq irsinin cəmiyyətə təqdimatı yenidənqurmada həlledici rol oynayır, bu kontekstdə media şəhərsalma narrativlərini obyektiv və məsuliyyətli şəkildə çatdırmaqla, ictimaiyyətin bərpa prosesinə etimadla qoşulmasını təmin edən strateji vasitəyə çevrilir.
“AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev isə bildirib ki, dağıntıdan dirçəlişə keçid yalnız texniki və iqtisadi aspektləri əhatə etmir, o, həm də sosial, mədəni və psixoloji bərpanın mərhələlərini əhatə edən kompleks prosesdir. Şəhərsalma gündəliyində medianın peşəkar və etik mövqeyi balanslı və inklüziv narrativlərin formalaşdırılmasına töhfə verir, cəmiyyətin bərpa prosesinə fəal qoşulmasını gücləndirir və şəhərlərin dirçəlişinin ictimai etimad üzərində qurulmasına imkan yaradır.
Panel müzakirəsi zamanı şəhərlərin bərpasının mediada işıqlandırılması, memarlıq və mədəni irsin qorunmasının ictimai əhəmiyyəti, şəhərsalma narrativlərinin formalaşdırılması və media məsuliyyətinin bu proseslərdə rolu ətrafında fikir mübadiləsi aparılıb.
TREND
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib


