Azərbaycanda bu ilin ilk 9 ayında 1 meyitdən ürək transplantasiyası həyata keçirilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən ürək transplantasiyası uğurlu olub.
2026-cı ilin sentyabrına qədər Azərbaycanda ümumilikdə 3 ürək transplantasiyası həyata keçirilib.
Xatırladaq ki, Azərbaycanda və ümumilikdə Qafqaz regionunda ilk dəfə meyit donordan ürək transplantasiyası 2025-ci il oktyabrın 31-də uğurla həyata keçirilib. Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə təşkilatçılığı ilə baş tutan bu tarixi əməliyyatda beyin ölümü reallaşmış donorun ürəyi 19 yaşlı gəncə köçürülüb.
Qeyd edək ki, bu gün Ümumdünya Ürək Günüdür.
TREND
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir
- Azərbaycanla Yunanıstan arasında Anlaşma Memorandumu imzalandı
- AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb
- Bəxtiyar Aslanbəyli: AzMİU-da üçüncü layihəmizi həyata keçiririk
- Hafiz Paşayev “CAMCA Forum 2026” mükafatı ilə təltif edilib
- İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
- “Alians Development” şirkətindən ŞİKAYƏT VAR
- Anar Kərimova ABB-də vəzifə verildi


