Beynəlxalq ictimayyətin yekdil rəyi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsinə dair qəbul edilən qərar Azərbaycana verilən dəyər və hörmətin bariz göstəricisidir. Dünya əhəmiyyətli növbəti tədbirin təşkilinin ölkəmizə həvalə edilməsi dövlətmizin beynəlxalq aləmdə güclü mövqeyə sahib olmasından irəli gəlir. Beynəlxalq münasibətlər sisteminə nəzər saldıqda görürük ki, bəzi ölkələrin xarici siyasətində ikili standartlar, riyakarlıq hər zaman olub və bu prinsiplər onların siyasətlərinin əsasını təşkil edib. Ölkəmiz də bu cür münasibətlərdən hər zaman əziyyət çəkib. Otuz ilə yaxın müddətdə işğala məruz qalmış ölkə olmasına baxmayaraq, Azərbaycan beynəlxalq birlikdə haqq, ədalət görməyib. Ancaq bu gün həmin dairələr sözdə deməsələr də regionda sülh və sabitliyin yeganə ünvanının əlbəttə ki, Azərbaycan olduğunu çox yaxşı anlayırlar.
Bu gün Azərbaycan apardığı məqsədyönlü siyasət nəticəsində artıq yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olmuş ölkədir. Bu səviyyəli tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı qəbul edilmiş qərarın əsasını isə dünyada qalib ölkə kimi tanınmağımız, güclü mövqeyə, möhkəm iradəyə malik Liderin rəhbərliyi ilə iqtisadi yüksəliş yolunda addımlayan dövlətə sahib olmağımız təşkil edir. Dünyada daha çox neft və qaz ölkəsi kimi tanınan Azərbaycanda bu gün yaşıl enerjinin əhatəli şəkildə artırılmasına böyük önəm verilir, bu istiqamətdə məqsədyönlü işlər aparılır. Möhtərəm Prezidentimizin göstərişi ilə işğaldan azad edilmiş torpaqlarımız “Yaşıl enerji” zonası elan edilib. Ermənistanın 30 il viran qoyduğu Qarabağımızın 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub. Bütün əldə edilən nailiyyətlər, qazanılan uğurlar, əlbəttə ki, böyük zəhmətin bəhrəsidir.
Esmira Məmmədzadə;
Neftçala rayonu


