“Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi” – Jalə Əhmədova”2016-cı ilin şanlı Aprel döyüşlərinin altıncı ildönümü tamam olur”.
BAKU.NEWS bildirir ki, bunu Sonxeber.az-a danışan deputat Jalə Əhmədova bildirib.
O, qeyd edib ki, 2016-cı ildə aprelin 2-dən 5-dək Ermənistanın təxribatlarına cavab olaraq aparılan əks-hücum əməliyyatları qısa müddətdə düşmənin yüzlərlə canlı qüvvəsinin, xeyli sayda hərbi texnikasının məhv edilməsi və böyük bir ərazimizin düşmən işğalından azad olunması ilə şanlı tariximizə yazıldı. Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü və xalqımızın həmrəyliyini dünyaya nümayiş etdirməklə yanaşı, həm də 44 günlük Vətən müharibəsində Böyük Zəfərə gedən yolumuzun başlanğıcı, müjdəçisi oldu. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi”.


