Çinin Dalyan şəhərində qaz kəmərində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb.
BAKU.NEWS bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Partlayış Tszinpu rayonundakı yaşayış komplekslərindən birinin yaxınlığında qeydə alınıb. İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.


