Çin çərşənbə günü geoloji layihələri həyata keçirmək, seysmik aktivliyə nəzarət etmək və təbii fəlakətlərin nəticələrinin qarşısını almaq üçün “L-SAR 01A” (“Tanze-1 01A”) peykini orbitə çıxarıb.
BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.
Qurumun “WeChat” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib ki, buraxılış yerli vaxtla saat 07:44-də Şimaldakı Jiuquan kosmodromundan “CZ-4C” (Changzheng-4-ce) raketindən istifadə edilməklə həyata keçirilib.
Açıqlamaya görə, peyk meşə təsərrüfatında da istifadə olunacaq. O gözlənilən kataklizmlərin erkən xəbərdar edilməsi üzrə işlərin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Həmçinin mmilli resursların və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinə kömək edəcək.


