Dünyanın hər yerindən olan istifadəçilər “OpenAI” şirkətinin məşhur “ChatGPT” çat-botunun fəaliyyətində qlobal nasazlığın yarandığını bildiriblər.
Bunu “Downdetector”un məlumatları göstərir.
Nasazlıqlar bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da müşahidə olunur.
İnsanlar şəxsi kabinetə giriş problemlərindən, saytdakı nasazlıqdan və “ChatGPT”nin sorğulara gec cavab verməsindən şikayətlənirlər. Ən çox şikayət Niderland, ABŞ və Almaniyadan daxil olur.
“OpenAI”dan bildirilib ki, yaranmış problemlərdən xəbərdardırlar və onların aradan qaldırılması istiqamətində işlər aparırlar.
“ChatGPT”nin işində sonuncu nasazlıq 2025-ci ilin dekabrında müşahidə edilmişdi. (report)
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


