Cənubi Koreyada ölkənin ilk milli raketdaşıyıcısının buraxılışı həyata keçirilib.
BAKU.NEWS xəbər verir ki, “Nuri” adı verilən raketdaşıyıcının buraxılışı paytaxt Seuldan 470 kilometr məsafədəki Naro kosmodromundan edilib.
200 tonluq raketdaşıyıcısının hazırlanmasına 2010-cu ildən başlanılıb. Onun hazırlanmasına 1,8 milyard dollar vəsait xərclənib.


