İnsanların dəyəri vəzifələri ilə deyil, əməlləri ilə ölçülür.
Barat Yusubov da əməlləri ilə dəyər qazanmış insanlardandır. Dəfələrlə olub ki, heç tanımadığım ehtiyaclı insanları ona yönəltmişəm, heç bir təmənna güdmədən onları müalicə, əməliyyat etdirib. Bəzən dərmanlarını da alıb verib.
Hər ay öz həkim komandası ilə birlikdə uşaq evlərinə gedib, kimsəsiz uşaqların ehtiyacları ilə maraqlanıb, sağlamlıq problemlərini həll etməyə çalışıb. Bəzən mənə müraciət edən uşaq evlərini də ona yönləndirmişəm, uşaqların əməliyyatını, hətta dərmanlarını da təmin edib.
İllərdir xaricdə təhsil alan bəzi tələbələrin təhsil haqqını ödəyir. Tibb sahəsində bir neçə çox mühüm xarici dərsliyin tərcüməsinə böyük vəsait ayırıb ki, tələbələrimiz öz dillərində istifadə edə bilsinlər.
Dəfələrlə şəxsi vəsaiti hesabına müxtəlif elmi, tibbi konfransların təşkilatçılığını edib, dünyaca tanınmış alimləri ölkəyə dəvət edib.
Barat həkimi illərdir tanıyıram, bu və bunun kimi işləri o həmişə edib və heç vaxt işıqlandırılmasını istəməyib. Ancaq, hər halda, şəxsən şahidi olduğum bu faktları bölüşməyi və ona təşəkkür etməyi özümə borc bilirəm.
Cəmiyyətin xeyirxah insanlara həqiqətən ehtiyacı var.
Yazıçı, psixoloq
Rövşən Abdullaoğlu
TREND
- Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu
- “Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”
- İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
- Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş – ŞOK SİYAHI
- “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
- Vətəndaş pulunu ödədiyi tozsoranı ala bilmir – “Baku Electronics”dən şikayət
- 24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb
- “Uber Az” yeni brend altında xidmətini davam etdirəcək


