Cəlilabad -Uzuntəpə yolunda yol qəzası baş verib.
BAKU.NEWS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mehdiyev Məhərrəm Əvəz oğlunun idarə etdiyi “Vaz 2101” markalı 10 GR 958 markalı minik avtomobili aşıb.
Hadisə yerinə gələn təcili yardım maşını müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və sərnişinləri -Doduyev Anar Əlsahib oğlu və Ağayev Murad Zakir oğlunu Cəlilabad Diaqnostika Mərkəzinə çatdırıb.
Faktla bağlı araşdırma aparılır.


