Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
BAKU.NEWS xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.
Saat 12:03
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirilir.
BAKU.NEWS “Report”a istinadən xəbər verir ki, saxlanılanlar var.
Qeyd edək ki, Cəlilabad Rayonunun İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovdur. O, 2018-ci ilin fevralın 6-dan bu vəzifədə çalışır.
Bu barədə xəbəri ilk olaraq sabah.az saytı yayıb.


