Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.NEWS-a verilən məlumata görə, Samux RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qarayeri qəsəbəsində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.
Obyekt sahibi – Bəhruz Həsənov və müştərilər – Səbuhi Musayev, Orxan Quliyev və Orxan Rzayev saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.


