Odlar Yurdu Universitetinə yeni mətbuat katibi təyin olunub
BAKU.NEWS bildirir ki, universitetin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.
Sözügedən vəzifə Röya Vəliyevaya həvalə olunub.
Qeyd edək ki, Röya Vəliyeva Bakı Slavyan Universitetinin tərcümə (poylak-ingilis) fakültəsində bakalavr, Türkiyənin Çankaya Universitetində isə Biznesin təşkili və idarəetməsi üzrə magistr dərəcəsi alıb. Daha öncə layihə rəhbəri olaraq ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərib, Avropa və Azərbaycanda iş təcrübəsinə malikdir.


