“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yevlax melioservis idarəsinin rəisi Qabil Mustafayev vəzifəsini tərk edib.
BAKU.NEWS bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, adıçəkilən idarəyə rəhbərlik Cəsarət Zülüyevə həvalə olunub.
Xatırladaq ki, Yevlax melioservis idarəsi 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 450 min 598 manatdır.


