“Qanın ümumi analizi bizə çox şey deyir, bunlardan biri də anemiyadır. Yalnız hemoqlobinə baxaraq bunun dəmir defisitli, B12 defisitli, yoxsa sümük iliyi ilə bağlı anemiya olduğunu görə bilərik”.
BAKU.NEWS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda daha çox dəmir defisitli anemiyaya rast gəlinir: “Dəmir defisitliyinin əsas halları halsızlıq, yorğunluq, hərəkət ağrılarıdir. Amma saç tökülməsi də bunun səbəblərindən biridir. Dəmirin aşağı olduğunu müəyyən etdikdən sonra müalicədən iki həftə sonra artıq saç tökülməsinin azaldığını müşahidə edirik. Bundan əlavə, əl-ayaqlarda spazma ola bilər, gəzəndə, yataqdan qalxanda başgicəllənmə, ürək döyüntüləri də anemiya ilə əlaqəli ola bilər”.


