Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 22.804 cinayətin 90,5 faizinin açılması təmin olunub.
Bu barədə oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.
Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 93,7 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 5,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər, qeyri-aşkar şəraitdə baş verənlər, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa ağır və az ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, onlardan oğurluqlar, dələduzluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, avtonəqliyyat vasitəsinin qaçırılması, habelə xuliqanlıqlar, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər, odlu silahın tətbiqi ilə və qrup halında baş verən hüquqazidd əməllərin sayı azalıb.
TREND
- Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
- Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə – 10 şagird…
- Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
- “AzerGold” QSC 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib
- Onlayn alış-veriş yerli mağazaları sıradan çıxarır?
- Hacıqabul Quşçuluq Şirkətində YAP-ın VIII Qurultayının prioritetləri müzakirə olunub
- Vilayət Eyvazov rəislərin qarşısında konkret tələblər qoydu
- “PAŞA Real Estate” Daşkənddə “JW Marriott” brendi altında lüks rezidensiyalar inşa edəcək


