2022-ci ildə əcnəbilər üçün nəzərdə tutulan iş kvotası açıqlanıb.
BAKU.NEWS xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu il əcnəbilər üçün müəyyən edilən iş kvotası 8740-dır. Bu, komissiya tərəfindən hazırlanır, daha sonra Nazirlər Kabineti bunu təsdiq edir.


