Son 20 ilin iqtisadi yekunlarına nəzər saldıqda ölkəmizdə qeyri-neft sahəsinin sürətlə inkişaf etdiyini görürük. Belə ki, bu sahə ilə bağlı gözləntilərin yaxın illərdə daha yüksək nəticələr verəcəyini əminliklə deyə bilərik. Biz bunu statistik göstəricilərdə də aydın görə bilərik. Xüsusi vurğulanmalı məqamlardan biri də beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dövlət səviyyəsində dəstəyin verilməsi, eləcə də bunun kimi həyata keçirilmiş digər tədbirlər sayəsində uğurlu nəticələr əldə edilib. Bu gün iqtisadi sferada qeyri-neft sənayesinin innovativ üsullarla inkişafı və şaxələndirilməsi önəmli rol oynayır.
Bu mənada ən müasir texnologiyalara əsaslanan məhsul istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması mövcud sahənin inkişafına töhfə verir. Sevindiricidir ki, son illərdə ölkəmizdə yüzlərlə müasir qeyri-neft sənaye müəssisəsi, yeni istehsal sahələri və müxtəlif bölgələrdə sənaye parklarının yaradılmasına nail olunub. Həmçinin qeyd etməliyik ki, hazırda Azərbaycanda qeyri-neft sənaye sahələrinin yaradılmasına investisiya cəlbi üçün əlverişli biznes mühiti, coğrafi yerləşmə, müasir infrastruktur, hazırlıqlı peşəkar kadrlar vardır. Möhtərəm Prezident cənab İlham Əliyevin bu sahəni də daim nəzarətdə saxlaması uğurlu nəticələrin əldə edilməsini şərtləndirib.
Bu gün Azərbaycan xam neft satan ölkədən neftdən hazırlanan məhsulların ixracatçısına çevrilir.
Beynəlxalq aləmdə baş verən siyasi-iqtisadi təlatümlər fonunda Azərbaycanın iqtisadi göstəricilərinin davamlı artması, respublikamızın dünyada sürətli inkişaf tempinə malik olan ölkələrindən biri kimi tanınması cənab İlham Əliyevin reallaşdırdığı məqsədyönlü, düşünülmüş siyasətin bariz göstəricisidir. Bu günlərdə iqtisadi məsələlərə həsr edilmiş müşavirədə çıxış edən Ölkə başçısı ölkəmizin iqtisadi siyasətinin əsas prioritetlərini bir daha bəyan etməklə gələcək prespektivlərin nədən ibarət olduğunu aydın tezislərlə bəan etdi. Cənab Prezident bütün istiqamətlər kimi qeyri-neft sektorunun inkişafının əsas hədəflər sırasında olduğunu qeyd etdi.
Ataş Əsədov;
Neftçala rayonu


