MİDA Yasamal Yaşayış Kompleksində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni təhvil alınmış 351 nömrəli körpələr evi-uşaq bağçasının müvafiq qaydalara uyğun olaraq fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb.
Bu barədə BŞTİ-nin açıqlamasında deyilir.
Məlumata görə, valideynlər 21 avqust 2025-ci il saat 11:00-dan etibarən www.bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər.


