BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırın Azərbaycana səfəri başlayıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna sədrin sözçüsü Brenden Varma məlumat verib. O, bildirib ki, V.Bozkır Azərbaycanda Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
İşgüzar səfər 12 aprel tarixlərində yekunlaşacaq.
Qeyd edək ki, V. Bozkır BMT Baş Assambleyasının sessiyasına sədirlik edən ilk türk diplomatdır.


