“Biz Rusiyaya təsilm olmadıq”.
BAKU.NEWS xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.
“Ukrayna inanlmaz şücaət göstərdi. Biz Rusiyaya təsilm olmadıq. Bu yaxınlaradək dünyanın ikinci ən qüdrətli ordusunun işğalının qarşısını aldıq. Yavaş-yavaş öz ərazimizdən çıxarırıq. Heç kim ukraynalılardan bu miqyasda cəsarəti gözləmirdi. Ancaq bu miqyas var. Bu bizim azadlıq və dəyərlərimiz uğrunda mübarizəyə hazır olmağımızın xarakterinin özəlliyidir”, – Prezident vurğulayıb.


