Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.NEWS xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Sadıqov Rauf Akif oğlu naməlum nəqliyyat vasitəsi tərəfindən vurulub.
Piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır xəsarətlər alan şəxsin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.


