Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Novosibirsk və Tomsk bölgələrindəki əməkdaşları Rusiyada qadağan edilən terror təşkilatı “Katiba Tövhid vəl Cihad”ı maliyyələşdirməkdə şübhəli bilinən iki nəfəri saxlanılıb.
BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, Rusiya vətəndaşı və qonşu ölkələrdən birinin vətəndaşı barəsində terror fəaliyyətinə kömək etdiyinə görə cinayət işi açılıb. İstintaqa görə, şübhəlilər keçən il terrorçuların ehtiyacları üçün istifadə edilən bank kartlarına pul köçürdüblər. İddia olunan beynəlxalq terror təşkilatının sponsorları barəsində qabaqlayıcı həbs qətimkan tədbirləri görülüb.


