Loqos Qadın Uzunömürlük Rezidensiyasının Təsisçi Rəhbəri Təranə Paşayeva və Məlhəm Hospitalın direktoru Sevda Əlizadə arasında rəsmi əməkdaşlıq memorandumu imzalanmışdır.
Memorandum çərçivəsində rezidensiyaya qəbul olunacaq hər bir sakin üçün ilkin tibbi check-up həyata keçiriləcək, sağlamlıq vəziyyəti kompleks şəkildə qiymətləndiriləcək və fərdi tibbi müşahidə planı hazırlanacaq.
Əməkdaşlıq əsasında rezidensiyada 7/24 növbəli peşəkar tibb personalının xidməti, həkim konsultasiyaları, təcili tibbi yardımın operativ təşkili və fasiləsiz tibbi monitorinq təmin ediləcək.
Bununla yanaşı, Loqos Qadın Uzunömürlük Rezidensiyası və Məlhəm Hospital arasında yaradılmış vahid elektron tibbi məlumat bazası vasitəsilə sakinlərin ilk qəbulundan etibarən dərman qəbuluna nəzarət, göstərilən tibbi xidmətlərin qeydiyyatı, müayinə və müalicə prosesinin izlənməsi, eləcə də yaranan tibbi ehtiyacların operativ idarə olunması daha şəffaf, koordinasiyalı və effektiv şəkildə həyata keçiriləcək.
Bu əməkdaşlıq sakinlərimizə beynəlxalq standartlara uyğun, təhlükəsiz və davamlı tibbi xidmət göstərilməsi istiqamətində mühüm addımdır.
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


