Dünyanın 400-dən çox şəhərində fəaliyyət göstərən “Sofar Sounds” beynəlxalq musiqi hərəkatı bu dəfə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə keçiriləcək.
2016-cı ildən bəri Azərbaycanda keçirilən bu konsertlərin əsas məqsədi istedadlı gənc ifaçılara dəstək olaraq, onları dinləyicilərlə səmimi mühitdə görüşdürməkdir.
Qeyd edək ki, beynəlxalq sferada baş tutan konsertlərdə bu günədək gənclər tərəfindən sevilən Ed Sheeran, Billie Eilish, Hozier, Türkiyənin məşhur simaları Mor və Ötesi qrupu, Kalben, Deniz Tekin, Ufuk Baydemir dinləyicilərin qarşısına çıxıb.
Sosial təşəbbüs olaraq həyata keçirilən “Sofar Sounds Baku” hər ay ev mühitini özündə birləşdirən fərqli məkanlarda keçirilir və ölkəmizdə indiyədək tanınmış simalar – Rasim Müzəffərli, Şəhriyar İmanov, Cavan Zeynallı, Promete, Dihaj, Elvina, Vedad, Rapluvi The Half, Ahmedowsky Trio, DədəBaba, Darvish Band, AynaBand qrupu, Orxan Zeynallı, Ceyhun Səmədov kimi sevilən musiqiçilər, eləcə də istedadlı gənc ifaçılar burada çıxış edib.
“Sofar Sounds Baku” bu dəfə musiqiçilərlə dinləyiciləri İçərişəhərdə görüşdürəcək.
Məlumat üçün bildirək ki, “Sofar Sounds”un Azərbaycan üzrə rəsmi təmsilçisi Rəşad Nəzərlidir və layihə ölkəmizdə artıq 7 ildir ki, uğurla davam etdirilir.
Platforma haqqında https://www.instagram.com/sofarbaku/ rəsmi instaqram səhifəsinə keçid edərək, ətraflı məlumat əldə edə bilərsiniz.


